24-cü Azərbaycan Beynəlxalq İnşaat Sərgisi

23 - 26 oktyabr 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

WorldBuild Baku - “WorldBuild Baku 2017” sərgisi Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən dəstəklənir

“WorldBuild Baku 2017” sərgisi Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən dəstəklənir
02.10.2017

Xəbərlər

18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir - 23-cü Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisi öz işinə başlayacaq və beləliklə də, Xəzər İnşaat Həftəsinə start veriləcəkdir. Müxtəlif ölkələri təmsil edən mütəxəssislərin uzun müddət səbirsizliklə gözlədikləri “WorldBuild Baku” sərgisi tikinti və memarlıq, eləcə də layihələndirmə və təmir işləri sahəsində təşkil olunan mühüm peşəkar tədbirdir.

Bu il sərgidə dünyanın 23 ölkəsindən 200-dən artıq şirkət iştirak edir. Almaniya, BƏƏ və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaqlar. Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. “WorldBuild Baku 2017” sərgisində ilk dəfə iştirak edən debütantlar ilə yanaşı, yerli şirkətlər də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirəcəklər.

Bu il ilk dəfə olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi  “WorldBuild Baku 2017” sərgisini rəsmi olaraq dəstəkləyir.

Ölkə başçısının 11 aprel 2016-cı il tarixli müvafiq Fərmanı ilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir.

 “WorldBuild Baku” sərgisi innovasiyalı məhsul və xidmətlərin yerli tikinti bazarına cəlb olunması üçün ən effektiv və səmərəli vasitələrdən biridir. Belə ki, təşkilatçılar əmindirlər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və digər strukturların sərgi ilə sıx əməkdaşlığı Azərbaycanda tikinti sektorunun inkişafına öz töhfəsini verəcək.


Xəbərlər

Bütün xəbərlər